“Əlavə avtobuslar cəlb oluna bilər” - Şahmar Mövsümov




“Pandemiya dövründən əvvəl metroda gündəlik təxminən 600 min nəfərə yaxın sərnişin daşınırdısa, bu gün bu rəqəm 170 min ətrafındadır".



“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib:

"Metronun bağlanması ilə sərnişinlərin bir qisminin avtobuslara keçməsi ilə əlavə avtobusların istifadə olunması, eyni zamanda əvvəlki karantin dövründə olduğu kimi müəyyən metrostansiyalar arasında ekspres marşrutların açılamasını, siyahıların daha da məhddulaşdırılması, eyni zamanda lazımsız digər rayonlardan mərkəzə gəlmə və mərkəzdən digər yerlərə getmələrin sayının azalmasını nəzərə alaraq düşünürük ki, metronun bağlanması ciddi sıxlığa səbəb olmayacaq. Amma, təbii ki, bu proses monitorinq olunacaq".

O bildirib ki, əgər ehtiyac olarsa, əlavə nəqliyyat vasitələri bu prosesə cəlb olunacaq.

O qeyd edib ki, avtobusda sıxlıq ciddi təhlükədir: “Vətəndaşları çağırıram ki, avtobuslarda məsafə saxlamağa üstünlük versinlər. Əgər avtobusda insanlar çoxdursa, biraz gözləyərək növbəti avtobusdan istifadə etsinlər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu