Azərbaycanda vəzifəli şəxsin ailəsində faciə: Bir həftədə iki qardaşı vəfat etdi




“Azərsu” ASC-nin şöbə rəisinin müavininin ailəsinə ağır itki üz verib.



AFN oxu.az-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.

O qeyd edib ki, hadisə bir həftə ərzində baş verib:

“Qurumun müraciətlərlə iş şöbəsinin rəis müavini Heydər Abbasov bir həftə ərzində iki qardaşını itirib. Onlardan biri ürək tutmasından vəfat edib. Ağır itkidir, ailəsinə baş sağlığı veririk.

H.Abbasov dəfnlə əlaqədar rayondadır. Mərhumların hər ikisi Şəmkirin Çənlibel kəndində torpağa tapşırılıb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu