Kadırov toyların keçirilməsinə icazə verdi




Çeçenistanda toy mərasimlərinin keçirilməsinə qoyulan qadağa ləğv edilib.



BAKU.WS RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov qərar qəbul edib.

Kadırov Çeçenistan Respublikası ərazisində mövcud olan müsbət dinamikanı nəzərə alaraq toy mərasimlərinin keçirilməsinə qoyulan qadağanı aradan qaldırıb. Lakin o, toy mərasimləri zamanı sosial məsafə tədbirlərinin qorunmasını şərt kimi irəli sürüb.

Qeyd edək ki, COVID-19 virusunun yayılmasının qarşısını almaq məqsədi ilə mart ayının sonlarından Çeçenistanda toy mərasimlərinin keçirilməsi qadağan olunmuşdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu