Ermənilər Azərbaycan kəndini vurmağa başlayıb - YENİLƏNİB




İşğalçı Ermənistan ordusu vəziyyəti gərginləşdirmək məqsədilə Azərbaycanın yaşayış məntəqələrinə yenidən atəş açmağa başlayıb.



Bu barədə BAKU.WS-in bölgə müxbiri məlumat verib.

Məlumata görə, hazırda Tovuz rayonunun Ağdam kəndində iriçaplı silahlardan, eləcə də artilleriya qurğularından atışma davam edir.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu şəhid olub.

P.S. Tovuz rayonunun Vahidli kəndindən AFN-ə verilən məlumata görə, ermənilərin atdığı top mərmiləri Vahidli kəndinə düşüb. Xoşbəxtlikdən zərərçəkən yoxdur. Kənd sakinləri düşmənlə üz-üzə mətin dayandıqlarını bildirdilər.

Qeyd edək ki, Vahidli də sərhəd kənddir və Ağdamla qonşudur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu