Paşinyan təcili toplantı keçirdi: erməni ordusunun itkiləri müzakirə olunur


Paşinyan təcili toplantı keçirdi:


Ermənistanın baş naziri Nikol Paşinyan axşam saatlarında müdafiə naziri və baş qərargah rəisi ilə görüşüb.



Unikal.org Ermənistan mediasına istinadla xəbər verir ki, görüşdə Tavuşdakı vəziyyət müzakirə olunub. Məsləhətləşmələr aparılıb.

Görüşün detalları açıqlanmır, lakin Ermənistan mediası Paşinyanın Müdafiə Nazirliyinin rəhbərliyi ilə itkilər barədə danışdığını yazır.

Azərbaycan Ordusunun adekvat cavabı nəticəsində aralarında yüksəkrütbəlilər də olmaqla yüzlərlə erməni hərbiçi məhv edilib. Ermənistan tərəfi indiyə qədər yalnız 5 itki haqqında məlumat verib. Lakin erməni cəmiyyəti dəqiq məlumatlar tələb edir.

Yaxın saatlarda Tavuşda baş verənlərlə bağlı mətbuat konfransının keçiriləcəyi gözlənilir.

Məlumatlara görə, Paşinyanın keçirdiyi görüşdə də itkilərin cəmiyyətə hansı formada və nə qədərinin açıqlanması müzakirə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu