“Azərbaycanda yoluxma hadisələrində artım gözlənilir” - Qorxunc AÇIQLAMA



Karantin rejiminin daha 2 həftə uzadılması gözlənilir. Hazırkı situasiya bunu diqtə edir.



AFN modern.az-a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

C.İsayev qeyd edib ki, yoluxma sayında müəyyən stabilləşmə müşahidə edilsə də, bu, virusun tamamilə yox olması anlamına gəlmir:

“Dünən ilk dəfə yoluxanların sayı 500-lərdən 493-ə düşdü. Əsas bu stabilləşmənin növbəti günlərdə də müşahidə edilməsinə nail olmaqdır. Yoluxma sayında azalma əhəmiyyətli dərəcədə olarsa, sərt karantinin yumşaldılmasından söhbət gedə bilər”.

Baş infeksionist deyib ki, orduya dəstək məqsədilə ötən günlərdə əhalinin aksiyaya toplaşması yoluxma sayının artımına səbəb olacaq:

“Aksiyada bütün qaydalar pozuldu, yoluxma ehtimalı yüksəldi. Gözlənilir ki, yoluxma sayı artsın. Virusun inkubasiya dövründən asılı olaraq, aksiyadakı yoluxma nəticələri özünü göstərəcək. İnkubasiya dövrü 4-5 gün,14 gün də ola bilər. Orada yoluxan insanlarda xəstəlik subklinik keçə bilər ki, bu da cəmiyyət üçün təhlükəli ola bilər. Bu baxımdan yaxın günlərdə Azərbaycanda yoluxma hadisələrində artım gözlənilir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu