Dərman preparatları və siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb




Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatları və siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.



DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AFN-ə verilən məlumata görə, baş İdarənin "Mazımçay" gömrük postunda Gürcüstandan gələn "Mercedes Benz" markalı iki yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərindən gömrük nəzarətinə bəyan edilməyən 3000 ədəd "Marlboro edge" markalı siqaret, 824 ədəd və 2 flakon müxtəlif adda dərman preparatları aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu