Bakıda gənc oğlanı avtomobil vurub
Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib.
1999-cu il təvəllüdlü Əliyev Orxan Elxan oğlu metronun "Xalqlar dostluğu" stansiyasının yaxınlığında yolu qarşı tərəfə keçmək istəyib. Bu zaman onu minik avtomobili vurub. O, sınıq xəsarətləri alıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Fakt Nizami Rayon Polis İdarəsində araşdırılır.