Bu gün Bakının bir neçə rayonunda su kəsiləcək




Magistral kəmərlərdə baş vermiş qəza ilə əlaqədar Bakının Qaradağ, Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilələr yaranıb.



AFN xəbər verir ki, bu barədə məlumatı "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı yayıb.

Onun sözlərinə görə, hazırda qəza briqadaları hadisə yerində işləyir, təmir işləri yekunlaşan kimi suyun verilişi bərpa olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu