Azərbaycanın hərbi qulluqçusu koronavirusdan öldü




Silahlı Qüvvələrin Baş Klinik Hospitalının reanimasiya-anesteziologiya bölməsinin zabiti, tibb xidməti mayoru Cəfərov Teymur Oktay oğlu dünyada yayılan koronavirus (COVİD-19) infeksiyasından vəfat edib.



AFN bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Təəssüflər olsun ki, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və iyulun 31-də səhər saatlarında o, dünyasını dəyişib.

Müdafiə Nazirliyinin rəhbərliyi və hərbi tibb personalı vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir", - nazirlikdən bildirilib.

Allah rəhmət eləsin!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu