Bakı-Xırdalan-Sumqayıt elektrik qatarlarının fəaliyyəti nə zaman bərpa olunacaq? - VİDEO
Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsünün sökülərək yenidən tikintisi səbəbindən etibarən Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti müvvəqəti olaraq dayandırılıb.
AFN BAKU.TV-yə istinadən xəbər verir ki, qatarlar avqustun 10-dan noyabrın 10-dək hərəkətdə olmayacaq. Buna görə də qeyd olunan müddət ərzində Biləcəri və Xırdalan istiqamətində elektrik qatarları hərəkət etməyəcək. Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsü genişləndirmə işlərinə maneçilik törədir.
Bu səbəbdən köhnə körpü söküləcək və onun yerində yeni biraşırımlı tağlı dəmir yolu körpüsü inşa olunacaq.
“Sumqayıta gedən və Sumqayıtdan Bakıya gələn sərnişinlərimizin narahatçılığına səbəb yoxdur. Çünki, hal-hazırda Abşeron dairəsi üzrə tam hərəkət mövcud olduğundan həmin sərnişinlər digər istiqamətdə, yəni Bakı-Pirşağı-Sumqayıt istiqamətindən hərəkətlərinə davam edə biləcəklər”, - bunu ADY QSC-nin sözçüsü Natavan Bayramova BAKU.TV-yə müsahibəsində qeyd edib.
Natavan Bayramova onu da deyir ki, sərnişin sıxlığını aradan qaldırmaq üçün yeni qatarlar da xəttə buraxılacaq.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması ilə əlaqədar Bakı-Sumqayıt-Bakı marşrutu üzrə işləyən elektrik qatarları avqustun 31-dək həftə sonları hərəkətdə olmayacaq.