Tərtərdə dezinfeksiya tədbirləri mütəmadi olaraq davam etdirilir - FOTOLAR




Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Tərtər rayonunda sanitar-dezinfeksiya tədbirləri davam etdirilir.



İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər müəyyən edilmiş qrafikə əsasən həyata keçirilir. Tədbirlər planına uyğun olaraq növbəti dezinfeksiya işləri rayon ərazisində yerləşən çoxmənzilli yaşayış binalarında, binaların giriş blokları və pilləkənlərində, insanların kütləvi toplaşdığı digər yerlərdə aparılıb.















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu