Qobustanda ağır qəzada ölən Əminənin FOTOsu




Daxili İşlər Nazirliyi Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.



Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, avqustun 24-də saat 15 radələrində Qobustan rayonunun Nərimankənd kəndi ərazisində Zaqatala rayon sakini Ə.Nəbiyev idarə etdiyi “Mercedes-Vito” markalı mikroavtobusu aşırıb.

Nəticədə sərnişinlərindən Qax rayon sakini Əminə Şövkətli hadisə yerində ölüb, digər sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu