İqtisadi.az saytına baş redaktor təyin edildi - FİKRƏT MƏMMƏDOV KİMDİR?




Tanınmış jurnalist Fikrət Məmmədov yeni yaradılan iqtisadi.az saytına baş redaktor təyin edilib. Bu barədə məlumatı F.Məmmədov saytımıza təsdiqləyib.



Məlumat üçün qeyd edək ki, Fikrət Məmmədov 1982 -ci ildə anadan olub. 2003-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Moskva Dövlət Linqvistika Universitetində "Müasir Jurnalistika” fakultəsini bitirib. Əmək fəaliyyətinə 2000-cildə Azərbaycan Dövlət Televiziyasında başlayıb. 2005-ci ildə İctimai Televiziyada rejissor kimi işə başlamış, daha sonra bu televiziyanın Rusiyadakı xüsusi müxbiri vəzifəsini uğurla icra edib. 2013-cü ildən biznes fəaliyyəti ilə məşğul olub. Rusiyada bir sıra iri şirkətlərdə çalışmış, bir sıra nüfuzlu sahibkarlar klubunun üzvüdür.
7NEWS.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu