Rus Dumasının koronavirusa yoluxan deputatlarının sayı artdı
AFN Qaynarinfo-ya istinadən xəbər verir ki, onların sayı 13-ə yüksəlib.
Bundan əvvəl Volodin on millət vəkilinin yoluxaraq xəstəxanaya yerləşdirildiyini bildirmişdi. O, hazırda koronavirüs müalicəsi görən və ona immuniteti olanların ümumi sayının konkret adlar çəkmədən 50 nəfəri keçdiyini bildirib.
Volodin çərşənbə axşamı bir iclasda yaşlı deputatlara müraciət edərək, ümumi salondan ayrılmalarını və iş otaqlarında işləməyə davam etmələrini istəyib.