Ramiz Mehdiyevin daha bir villası üzə çıxdı - FOTO


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin daha bir villası üzə çıxıb.



AFN Qaynarinfo-ya istinadən xəbər verir ki, akademikin bu villası Qusarın Çiləgir kəndində, Qusar-Laza yolunun kənarında yerləşir. Blogger Həbib Müntəzir yazır ki, meşənin içinə qədər uzanan 40 sotluq ərazidə tikilən malikanə 3 mərtəbəlidir.

"Fotoları Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva sosial şəbəkə hesabında paylaşıb. Qeyd edim ki, tikili 2004-cü ildən sonra tikilib. Həmçinin eyni kənddə Ramiz Mehdiyevin özünün də ayrıca hovuzlu böyük villası var”, - deyə blogger bildirib.

Bundan əvvəl blogger Ramiz Mehdiyevin Novxanıda 155 hektar ərazidə dəbdəbəli villasının olduğu barədə məlumat yaymışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu