Müsavat Partiyası Orduya dəstək bəyanatı yaydı: Dövlətimizin yanındayıq
Müsavat Partiyası Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı bəyanat yayıb.
Bəyanatı təqdim edirik:
"Ermənistanın işğalçı silahlı birləşmələri ərazilərimizə yeni hücuma başlayıb.
Əskər və mülki əhalimiz arasında itkilər var.
Düşmən geri oturtdurulmalı, ərazilərimiz işğaldan azad edilməlidir. Buna görə də ordumuz doğru olaraq əks -hücum əməliyyatlarına başlayıb.
Ərazi bütövlüyümüz, sülh və əhalimizin əminamanlığı naminə son damla qanımıza qədər vuruşmağa hazırıq.
Müsavat Partiyası olaraq bütün diqqətimiz Qarabağdadır.
Qəlbimiz Azərbaycanın əsgəri ilə bir döyünür.
Ərazilərimizi işğaldan azad etmək əzmində olan Azərbaycan Ordusunun, qurucusu olduğumuz dövlətimizin yanındayıq.
Bu Vətən Bizimdir!"