“Azərişıq”da cəbhədə baş verənlərə görə Xüsusi Qərargah yaradıldı
Cəbhə xəttində yaşanan hadisələrlə əlaqədar olaraq “Azərişıq” ASC-də Xüsusi Qərargah yaradılıb.
Qurumdan verilən məlumata görə, təmas xətti boyunca yerləşən yaşayış məntəqələrində “Azərişıq” ASC əməkdaşlar növbətçilik əsasında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Erməni silahlı qüvvələri tərəfindən atılan mərmilər bəzi yerlərdə elektrik enerjisi xəttlərinin zədələnməsinə səbəb olub. Ərazidə olan “Azərişıq” ASC əməkdaşları operativ şəkildə elektrik xətlərini təmir edirlər.
Cəbhə xəttində yerləşən rayonlara ehtiyat transformatorlar, naqillər, dayaqlar, ehtiyat hissələri və böyük həcmdə əlavə mal- material göndərilib. Bütün cəbhə boyu rayonlarda xüsusi əhəmyyətli binalar əlavə olaraq generatorlarla təmin edilib. Məqsəd ən çətin məqamlarda belə vətəndaşlarmızı fasiləsiz və dayanıqlı şəkildə elektrik enerjisi ilə təmin etməkdir.
Sərhəd rayonlarına ezam olunan “Azərişıq” ASC-nin rəhbər heyyəti vəziyyətə yerindəcə nəzarət edir və mütamadi olaraq əməkdaşları təlimatlandırır.