Bu gecədən Azərbaycanda hərbi vəziyyət elan olundu
2020-ci il 28 sentyabr saat 00:00-dan etibarən hərbi vəziyyət elan olunur.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, bu barədə Prezident köməkçisi Hikmət Hacıyev məlumat verib.
H.Hacıyev bildirib ki, Prezidentin fərmanı ilə hərbi vəziyyət elan olunub: "Prezidentin Milli Məclis qarşısında qaldırdığı vəsatət əsasında qəbul edilən fərman Prezident tərəfindən təsdiqlənib".
Belə ki, Bakı, Gəncə, Sumqayıt, Abşeron, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax inzibati vahidlərində saat 21-dən saat 6-dək küçəyə çıxmaq qadağa olunur. Nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər tətbiq olunur.
Müvafiq icazələrin alınması Asan xidmət və Daxili İşlər Nazirliyi vasitəsilə elektron icazə formatında həyata keçiriləcək.