Ermənilər Ağdamda yaşayış məntəqəsini atəşə tutdu
![](/uploads/posts/2020-09/1601367795_1601366697_agdam.jpg)
Erməni silahlı birləşmələrinin qoşunların təmas xəttində yerləşən kəndləri intensiv atəşə tutması nəticəsində evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.
AFN APA-ya istinadla xəbər verir ki, ermənilərin atdığı çoxsaylı mərmilər Ağdam rayonunun Baharlı qəsəbəsində məskunlaşmış Qiyaslıdan olan məcburi köçkün Qalib Babayevin yaşadığı evə düşüb. Nəticədə ev dağılıb, ciddi ziyan dəyib.