AzTV əməkdaşları erməni atəşinə məruz qaldı - VİDEO


Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir.


AFN xəbər verir ki, Azərbaycan Televiziyasının əməkdaşları da bu gün 2 dəfə erməni atəşinə məruz qalıblar.

Belə ki, AzTV-nin əməkdaşı Elnur Tofiq Tərtərdəki son vəziyyəti birbaşa bağlantıda tamaşaçılara çatdıran zaman düşmən atəş açıb. Daha sonra isə TV-nin əməkdaşları çəkilişə gedərkən maşından təxminən 5 metr uzağa mərmi düşüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu