Nazirlik ermənilərin təxribat xarakterli səs yazısını yaydı - xəbərdarlıq+VİDEO
Cəbhədə mövqe itirən və geri çəkilməyə məcbur olan Ermənistan növbəti təxribata əl atıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AFN-ə daxil olan məlumatda bildirilir ki, cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlarımızın stasionar telefonlarına müxtəlif ölkə kodlu nömrələrdən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin adından həqiqətə uyğun olmayan məlumatlar çatdıran zənglər daxil olur.
“Məqsəd, həmişəki kimi, dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır. NRYTN yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlarımızın diqqətinə çatdırır ki, bu məlumatlar həqiqəti əks etdirmir”, -deyə açıqlamada qeyd olunub.
http://baku.tv/embed/25380