Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb - VİDEO
18:18 / 04.10.2020
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Artıq həmin postda Azərbaycan Bayrağı dalğalanır!