Koronavirusa yoluxan Poroşenkonun vəziyyəti ağırdır


Koronavirusa yoluxmuş Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun vəziyyəti ağırdır.



“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu keçmiş dövlət başçısının xanımı Marina Poroşenko bildirib.

“Hətta həkimlər xəstəliyin gedişini öyrənmək, səhhətinə nəzarət etmək üçün ondan analiz götürə bilmirlər”, - Marina Poroşenko “YouTube” kanalına müsahibəsində vurğulayıb.

Bildirilib ki, Petro Poroşenko sentyabrın 29-da koronavirusa yoluxub. Marina Poroşenko həyat yoldaşının oktyabrın 3-də hospitala yerləşdirildiyi barədə də açıqlama vermişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu