İlham Əliyev Küveyt əmirini təbrik edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu ünvanlayıb.



"Report"un məlumatına görə, mətndə deyilir:

"Əlahəzrət, Küveyt Dövlətinin Əmiri kimi taxta çıxmağınız münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Küveyt arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq inkişafı və genişlənməsi yolunda birgə səylər göstərəcəyik.

Bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Küveyt xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu