Fransada naməlum şəxslərin hücumu zamanı 2 polis yaralanıb
![](https://static.report.az/photo/3261a520-ff5b-3f16-83fe-b368c43eeee9_850.jpg)
Fransanın Erble şəhərində naməlum şəxslərin hücum nəticəsində 2 polis əməkdaşı yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Erblenin meri Filipp Rulo bildirib.
Onun sözlərinə görə, gecə saatlarında naməlum 3 şəxs 2 polis əməkdaşına hücum edərək onları tərk-silah edib. Ələ keçirdikləri silahla polis əməkdaşlarına atəş açıblar. Nəticədə polislər yaralanıb. Onlardan birinin vəziyyəti çox ağırdır.
Hadisənin səbəbi və hücum edənlərin kimliyi araşdırılır.