Nüfuzlu Əl-Cəzirə kanalında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı debat – Azərbaycan və Ermənistan nümayəndələri qarşı-qarşıya

Mövzu ilə bağlı nüfuzlu Al Jazeera Arabic kanalında canlı debat təşkil olunub. Debatda Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov və erməni ekspert Vahram Ter-Matevosyan qarşı-qarşıya gəlib.
Azərbaycanlı hüquq müdafiəçisi Əhməd Şahidov Ermənistan ordusunun atəşkəsi kobud surətdə pozduğunu, təmas xəttində yerləşən kəndləri atəşə tutduğunu və mülki vətəndaşları öldürdüyünü bildirib. Hüquq müdafiəçisi Ermənistanın işğal etdiyi bütün torpaqlardan çıxmalı olduğunu və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının zəruliyini bildirib. Və yalnız bundan sonra tərəflər arasında hər hansı sülh danışıqlarının mümkünlüyünü vurğulayıb.
Videoya buradan baxa bilərsiniz: https://editor.az/strong-nufuzlu-el-cezire-kanalinda-dagliq-qarabag-munaqisesi-ile-bagli-debat-span-style-color-ff0000-azerbaycan-ve-ermenistan-numayendeleri-qarsi-qarsiya-span-strong