Azərbaycanda yoluxma sayı 200-ü keçdi
Azərbaycanda bu gün koronavirus infeksiyasına 215 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 41519 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39129 nəfər müalicə olunaraq sağalıb, 605 nəfər vəfat edib, aktiv xəstə sayı 1785 nəfərdir.
Ölkədə ölkədə son sutka ərzində 5124, hazırkı dövrədək isə 116 2062 test aparılıb.