Gəncədə yaralanan uşaq: "Daşın altında qaldım" - VİDEO


Ermənistan silahlı qüvvələrinin bu gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla, 9 nəfər həlak olub. Bununla yanaşı, binaların altında bir neçə uşaq çıxarılıb, onlar müxtəlif ağır xəsarətlər alıblar.



Raket atəşi zamanı yaralanan azyaşlı Ömər Nəsirov bildirib ki, o, daşın altında qalıb: "Qorxdum. Bu mənim yadımdan çıxmayacaq".

Qaynarinfo "Report"a istinadən həmin uşaqların biri ilə videoreportajı təqdim edir.

[video=||]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu