Azərbaycanda daha 122 yeni yoluxma faktı qeydə alınıb


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 122 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.



Nazirlər Kabineti yanında Operativ Qərargahdan AFN-ə verilən məlumata görə, bu gün COVID-də ölüm faktı qeydə alınmayıb.

Hazırkı dövrədək ölkəmizdə 42 min 104 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 404 nəfər müalicə olunaraq sağalıb, 609 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 091 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 180 min 271 test aparılıb. Bugünkü test sayı isə 3 551-dir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu