MN : Azərbaycanın "Su-25" təyyarəsinin vurulması ağ yalandır
![](https://static.report.az/photo/8a26162c-ff86-37e9-885a-b30cd8acc027_850.jpg)
"Ermənistan müdafiə nazirliyinin Azərbaycanın növbəti "Su-25" hücum təyyarəsinin “vurulması” ilə bağlı məlumatı çarəsizlikdən irəli gələn ağ yalandır".
AFN-in xəbərinə görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın döyüş aviasiyası tətbiq olunmur və biz humanitar atəşkəsin tələblərinə tam əməl edirik.