Adil Qeybulla: "İnsanların qaydalara əməl etməməyi yoluxmanı artırır"


“İnsanlar başa düşməlidir ki, məsuliyyətsizlik digər insanların həyatını təhlükəyə atır. Televiziyalarda maarifləndirmə aparılmalıdır. Psixoloqlar, mütəxəssislər də efirlərə çıxsın, insanlara izah eləsinlər. Artıq insanların çoxu koronavirusu arxa plana atıb”.



Bunu “Report”a açıqlamasında tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, yoluxanların sayının artmasının səbəbi insanların qaydalara əməl etməyi qulaqardına vurmasıdır: "Avtobuslarda, qapalı məkanlarda, məktəblərdə vəziyyəti görürürsüz? Sanki koronavirus bitib, qurtarıb. Halbuki dünya ölkələrində hələ də ciddi əməl olunur. Məsələn, Berlin qapalı şəhər elan olunub. Sərt karantin rejimi həyata keçirililir. Bu gün yoluxmaların artmasının bir səbəbi də əhalinin vətəndaş məsuliyyəti nümayiş etdirməməsidir. İndiyə kimi inanmayanlar yoluxmaların artmasında xüsusi rol oynayıb".

Professor bildirib ki, müvafiq qurumlar karantin qaydalarına riayət olunmasına ciddi nəzarət etməlidir: "Avtobuslarda qayda-qanun yaratmırlar. Soruşmurlar ki, ay sürücü, sənin niyə ağzın-burnun açıqdır? Ay sərnişin, maskan hanı? Bunların hamısına ciddi nəzarət olunmalı, cərimələr olmalıdır".

"Hazırda ordumuz düşmən tapdağında olan torpaqlarımızı terrorçulardan təmizləməklə məşğuldur. Hətta cəbhədə belə karantin davranış qaydalarına, əsgərlərin istirahət etdiyi, yatdığı yerlərdə də qaydalara əməl edilməlidir. İnsanların məsuliyyəti daha da artmalıdır. Ancaq qaydalara əməl etmək, maska taxmaq, məsafəni qorumaq, dezinfeksiyaedici məhlullardan istifadə edilməlidir", - A.Qeybulla qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu