Düşmən mindən çox hərbçi itirdiyini etiraf etdi


Düşmən tərəf Azərbaycan ordusunun əks-hücumu nəticəsində ölən 35 hərbçinin də siyahısını açıqlayıb.



Bununla da, işğalçı dövlət mindən çox hərbçi itirdiyini etiraf edib.

Eyni zamanda, Ermənistan milli təhlükəsizlik xidmətinin sərhəd qoşunları münaqişə bölgəsindəki döyüş əməliyyatları zamanı 37 nəfər itirib.

“Sputnik Armeniya” xəbər verir ki, bunu xidmətin direktor müavini Armen Abazyan mətbuat konfransında deyib:

“Milli təhlükəsizlik xidmətinin sərhəd qoşunlarının hərbi qulluqçuları döyüş əməliyyatlarına cəlb ediliblər. Təəssüf ki, 37 nəfər ölüb, 4 nəfər itkin düşüb, 243 nəfər yaralanıb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu