Azərbaycanda eyni şəxsə məxsus 2 şirkət ləğv olunur
![](https://static.report.az/photo/65ef615d-86cd-3d04-9f34-2e8e34342333_850.png)
Azərbaycanda eyni hüquqi ünvanda dövlət qeydiyyatına alımış “MDA Group East” və “Global Partner” MMC-lər ləğv olunduğunu elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 1061-ci məhəllə, ev 8, mənzil 144 ünvanına bildirə bilərlər.