İşğaldan azad edilən torpaqlarımız kənd təsərrüfatı üçün nə vəd edir?


"İşğaldan azad olunan torpaqların arasında həm kənd təsərrüfatına, həm də örüş sahələri üçün yararlı sahələr var”.




BunuQaynarinfo-ya açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib. O bildirib ki, Dövlət Statistika Komitəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatına görə, orada təkcə 188 min hektar əkinə yararlı torpaq sahələri var: "1 milyon 550 min hektar torpaq sahəsi var. Bunun da əksəriyyəti örüş sahələrinin payına düşür. Örüş sahələrinə görə həm Dağlıq Qarabağda, həm də ora yaxın ətraf rayonlarda heyvandarlığın inkişafı üçün münbit şərait var”.


Vahid Məhərrəmov qeyd edib ki, bu 27 il müddətində iqlim dəyişikliyi baş verib: "İndi işğaldan azad olunan torpaqlarda suvarma işlərinə daha çox ehtiyac var. Vaxtiylə dəmyə kimi istifadə olunan torpaqlarda suvarma işləri aparılmalıdır. Gələcəkdə orada suya ehtiyac yaranacaq. Bundan əlavə su yığımı orada digər regionlara nisbətən daha asan həyata keçiriləcək. Həddindən artıq böyük və əsaslı işlərin görülməsinə ehtiyac var. Böyük maliyyə resursları yatırılmalıdır”.

Vahid Məhərrəmov bildirib ki, bu işlərin görülməsi üçün bir il vaxt tələb olunur: "Hər şey hökumətin çevikliyindən asılıdır. Azərbaycanın kifayət qədər maliyyə imkanları var. Heç bir problem yoxdur. Ciddi yanaşılsa, mütəxəssislərlə işləsələr, qısa vaxtda nəticəsini görəcəyik. Qoyunçuluğun inkişafı üçün qısa vaxt lazımdır. Oradan gələnlərin çoxunun mal-qarası, qoyunu var. O heyvanların hamısı həmin rayonlara aparılmalı, qoyunların sayını artırmalıdırlar. Bir il ərzində qoyunçuluq, heyvandarlıq və yemçiliyin inkişafı üçün şərait var. Qarabağda bunun üçün geniş resursları və potensial var”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu