Azərbaycanda həkim COVID-19-dan vəfat etdi


Azərbaycanda koronavirus infeksiyasına yoluxan daha bir həkim vəfat edib.



Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkimi Babaxan Nəsirov COVID-19-dan dünyasını dəyişib.

O, xəstəxananın travmatologiya şöbəsində çalışırdı.

Qeyd edək ki, son günlər Azərbaycanda koronavirusa yoluxma halları yenidən artıb. Bu səbəbdən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib. Belə ki, Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb və ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub.

Həmçinin Operativ Qərargah vətəndaşları COVID-19 ilə bağlı hazırkı vəziyyətdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara ciddi əməl etməyə, qoruyucu maskalardan istifadə etməyə, evdən yalnız zəruri ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud karantin şərtlərinə əməl etməyə çağırıb.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu