Ermənistanın atəşi nəticəsində Goranboyda dinc sakin həlak oldu
![](https://static.report.az/photo/3d0226c0-cf5d-3ce6-96a7-98421109f37f_850.jpg)
“Goranboy Tap kəndində Ermənistan silahlı qüvvələri tərəfindən daha bir dinc sakin qətlə yetirilib. Raket onların evinin damına düşüb”.
AFN xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.
“Ermənistanın hərbi cinayətləri davam edir”, - o əlavə edib.