Bağça və məktəbəqədər müəssisələrdə distant təhsil olmayacaq
Bağçalarda təlim-tərbiyə hələ ki, bərpa edilmir.
AFN xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, bağçalarda onlayn təhsil mümkün olmadığına görə tədris bərpa edilmir:
"Amma bağça və məktəbəqədər müəssisələr istəyərsə öz təşəbbüsləri ilə onlayn təhsil verə bilərlər".