Müdafiə Nazirliyi: Erməni tərəfi yenə yalan məlumat yayır
09:58 / 03.11.2020
Bu gün səhər saatlarından guya Azərbaycan Ordusunun Şuşa və Xocavənd şəhərlərindəki dinc əhalini yenidən atəşə tutmağa başlaması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.
Bu barədə AFN-ə Müdafiə Nazirliyindən bildirilib: "Növbəti dəfə bildiririk ki, Azərbaycan Ordusu mülki əhaliyə və qeyri-hərbi infrastruktura atəş açmır".