Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 100-ə çatdı
Türkiyənin İzmir əyalətinin Seferihisar rayonunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 100-ə, yaralananların sayı isə 994-ə yüksəlib.
“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, 994 yaralıdan147-nin müalicəsi müxtəlif xəstəxanalarda davam edir.
Xatırladaq ki, oktyabrın 30-da Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub.