Türkiyədə dolların məzənnəsi tarixi maksimumu yeniləyib


Bu gün Türkiyədə ABŞ dollarının məzənnəsi tarixi maksimumu yeniləyərək 8,5 lirəni keçib.


“Report” xarici mətbuata istinadən xəbər verir ki, qonşu ölkənin milli valyutası avro və ingilis funt sterlinqi qarşısında da ucuzlaşıb.

Belə ki, Türkiyədə avronun məzənnəsi 9,9 lirəni, funt sterlinqin məzənnəsi isə 11 lirəni keçib.

Lirənin ucuzlaşmasına səbəb kimi Türkiyə Statistika İdarəsinin (TÜİK) oktyabr ayı üçün açıqladığı inflyasiya göstəricilərinin (aylıq 2,1%, illik 11,9%) yüksək olması, Türkiyə Mərkəzi Bankının svop faizini 1,5 faiz bəndi artıraraq 11,75%-dən 13,25%-ə çatdırması, ABŞ-da keçirilən preziden seçkilərinin investorların yatırım istəyini daha da aşağı salması göstərilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu