"Sivasspor"un 3 futbolçusunun "Qarabağ"la matçda oynamayacağı dəqiqləşdi


Türkiyənin "Sivasspor" klubunun 3 futbolçusunun Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"la matçı buraxacağı dəqiqləşib.



AFN-in
məlumatına görə, bu barədə komandanın baş məşqçisi Rıza Çalımbay mətbuat konfransında məlumat verib.

57 yaşlı mütəxəssis bildirib ki, Ziya Erdal, Aaron Appindanqoe və Xorxe Feliksin oynamayacağı dəqiqdir.

Marselo Qoyano və Erdoğan Yeşilyurtun durumu isə bəlli deyil.

Qeyd edək ki, noyabrın 5-də "Yeni Sivas 4 Eylül" stadionunda keçiriləcək "Sivasspor" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu