MN: Düşmən Tərtər və Ağdam rayonlarının kəndlərini atəşə tutur


Noyabrın 5-i saat 14:40-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Səhləabad kəndini, eləcə də Ağdam rayonunun Hacıturallı və Əfətli kəndlərini artilleriya atəşinə tutur.



AFN xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülür", - məlumatda qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu