Azərbaycan nefti 7%-dən çox bahalaşıb
![](https://static.report.az/photo/0d7e33f1-5a80-3d5f-a2d3-28df9b4864a7_850.jpg)
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,99 ABŞ dolları, yaxud 7,49% artıb.
"Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 42,93 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.