Ermənistanda daha 32 nəfər COVID-19-dan ölüb
![](https://static.report.az/photo/11715c13-3b44-3ffc-b7b6-eee84a24bd5e_850.jpg)
Ermənistanda daha 2 132 nəfərdə koronavirus aşkarlanıb.
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 112 680-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 32 nəfər artaraq 1 668-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 430-a yüksəlib. İndiyədək 70 130 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 40 452 aktiv koronavirus xəstəsi var.