Paşinyanın ailəsi ilə bağlı şok iddia - Qızları Kanadaya qaçıb, arvadı və oğlu isə...


Ermənistanın ağır məğlubiyyətindən sonra ölkə mətbuatı Nikol Paşinyanın harada olduğunu araşdırır.



BAKU.WS xəbər verir ki, bəzi mənbələr Paşinyanın həyat yoldaşı və oğlu ilə Müdafiə Nazirliyində gizləndiyini, bəziləri isə ABŞ-ın İrəvandakı səfirliyinə sığındığını iddia etdi.

Ermənistan mətbuatı "Paşinyanın harada olduğunu bilmək insanların ən təbii haqqıdır" deyə qeyd edib. Paşinyanın iki qızının da bir həftə əvvəl Kanadaya getdiyi iddia edilib.

Ermənistan baş nazirini tənqid edənlərdən biri də erməni diasporasının tanınmış simalarından biri olan Marqarita Simonyandır. O, Paşinyanı sərt tənqid edib. Simonyan sosial şəbəkə hesabına "Paşinyan İrəvanın müharibədə məğlub olmasında ən böyük məsuliyyəti daşıyır" şərhini yazıb.

Bütün mətbuat müxtəlif versiyalar irəli sürsə də Paşinyanın hələ də dəqiq yeri məlum deyil. Onun hazırda qaldığı yeri açıqlamaması isə ölkə ictimaiyyəti üçün bir çox sualların yaranmasına səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu