Yerevanda Paşinyanın istefası tələbi ilə aksiya keçirilir
Ermənistan müxalifəti baş naziri Nikol Paşinyanın istefası tələbi ilə paytaxt Yerevanın mərkəzində aksiya keçirir.
“Report” xəbər verir ki, məlumatı “RAİ Novosti” yayıb.
Bildirilib ki, Ermənistan müxalifətinin lideri, Çiçəklənən Ermənistan Partiyasının sədri, “Sarukyan” parlament fraksiyasının rəhbəri, milyonçu deputat Qaqik Sarukyan Xüsusi İstintaq Komitəsinə çağırılıb.
Mitinq təşkilatçıları Dağlıq Qarabağ üzrə üçtərəfli razılşamaya etiraz edirlər.
Qyed edək ki, noyabrın 10-da Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda atəşkəslə bağlı bəyanat imzalayıb.