Bakıda kişi özünü güllələyərək öldürdü
“Report”un xəbərinə görə, hadisə noyabrın 15-i saat 16 radələrində Nəsimi rayonu ərazisində qeydə alınıb.
Belə ki, Əliyev Ramin Alməmməd oğlu kirayə yaşadığı binanın qarşısında özünə məxsus ov silahı ilə atəş açaraq özünü baş nahiyəsindən vuraraq öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.