Erməni general: “İlk 5 gündə 1 500 fərrarimiz var idi”
![](https://static.report.az/photo/c41be0fd-9159-3b97-aceb-e6aae36ce1b7_850.jpg)
“Report” xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələri Baş Qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan general-polkovnik Movses Akopyan söyləyib.
“Biz onları təcrid edib Ermənistana getməklərinin qarşısını kəsdik ki, ora gedib panika yaymasınlar”, - general-polkovnik əlavə edib.
Xatırladaq ki, ötən gün M.Akopyan Ermənistan Müdafiə Nazirliyinin baş hərbi müfəttişi vəzifəsindən istefa verib.