Prezident Kənan Seyidova general-mayor ali hərbi rütbəsi verdi
Prezident İlham Əliyev Kənan Seyidova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Kənan Əlihüseyn oğlu Seyidova general-mayor ali hərbi rütbəsi verilib.
Qeyd edək ki, Kənan Seyidov 2003-cü ildə, kapitan qismində Azərbaycan Respublikasının IV Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. 11 il sonra, 2014-cü ildə isə Kənan Seyidov artıq polkovnik-leytenant qismində təltif edilib. O, İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalına layiq görülüb.
2016-cı ildə isə polkovnik-leytenant Kənan Seyidov Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə, yenə İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalına təltif edilib.